Güclü külək gündüz saatlarından mülayimləşəcək
Kateqoriya məlum deyil
Dünəndən etibarən əsasən Bakı və Abşeron yarmadasında müşahidə edilən güclü külək bu gün gündüz saatlarından mülayimləşəcək.
Belə ki, Sfera.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.





