Logo

Vurularaq küçəyə atılan süpürgəçi və avtobusda üzərinə hücum edilən qadın… - İNSANLAR NİYƏ AQRESSİVDİR?

Vurularaq küçəyə atılan süpürgəçi və avtobusda üzərinə hücum edilən qadın… - İNSANLAR NİYƏ AQRESSİVDİR?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son iki gün ölkə gündəmində olan əsas mövzulardan biri süpürgəçi qadının vurularaq yol kənarına atılması, digəri isə 65 nömrəli avtobusda gənc oğlanla qadın arasında baş verən münaqişə olub. Əslində hamısı gündəmə gəlməsə də, gün ərzində insanlardakı aqressiyanın üzə çxıdığı məqamlarla hamımız rastlaşırıq. Xüsusilə də, ictimai yerlərdə sanki insanlar dava-dalaş salmaq üçün kiçik bir qığılcım gözləyirlər.

Bəs, insanlardakı bu aqressiya nədən qaynaqlanır?

Psixoloq Elnur Rüstəmov Sfera.az-a açıqlamasında insanlarda aqressiyanın yaranmasına səbəb olan əsas amillərdən danışıb:

""Hamısı zəmanədəndir”. Bizim zəmanədə belə bir söz var idi. Aqressiyanın səbəblərindən danışdıqda məsələyə konkret bir istiqamətdən yanaşmaq mümkünsüzdür. Səbəblər çoxdur. İstər ailə daxilində olsun, istərsə də, ictimai nəqliyyatda aqressiyanın yaranmasına əsas səbəblərdən biri yaşadığımız zəmanə və qlobal dünyadır. Bu hadisə bir növ dəyərlərin toqquşması idi. Yaşından asılı olmayaraq bu gün insanlar aqressivdirlər. Aqressiyanın əsas səbəbini kimi qloballaşma, urbanizasiya, informasiya və texnologiyaları cəmiyyəti ilə izah edilir. İnsanların böyük qismi böyük şəhərlərdə yaşayır. Şəhərdə yaşayan insanların qayğıları daha çox olur. Bu proseslər insanlarda aqressiyaya gətirib çıxarır. İnsanlarda müəyyən psixoloji narahatçılığın olması da bu cür problemlərə yol açır".

65 nömrəli avtobusda baş verənləri də şərh edən psixoloq bu hadisəni qınayıb:

"Xanıma yol vermirsə belə, ən azından ona əl qaldırmamalıdır. Bütün hallarda baş vermiş bu hadisə normal deyildi”.

E.Rüstəmov bildirib ki, bu cür hadisələrdə ictimai qınaq çox önəmlidir:

"Bir gəncin aqressiv reaksiyası eyni zamanda dəyərlərimizə vurulan zərbədir.  Düzdür heç kim kiməsə ictimai nəqliyyatda yer verməyə borclu deyil. Lakin mənəviyyat baxımdan o gənc durub yer verə bilərdi. Düşünürəm ki, gəncin bu qədər aqressiv olması birbaşa olaraq bu hadisə ilə əlaqəli deyildi. Daha öncəki hadisələrlə əlaqədar olaraq şəxsdə aqressiya yığılıb və burada partlayıb”.

Psixoloq insanların psixoloji qayğıya diqqət yetirmələrinin vacibliyini vurğulayıb:

"Psixoloji sağlamlıq fiziki sağlamlıqdan daha vacibdir. Bu gün hətta bəzi fiziki problemlər də məhz psixoloji problemlərdən qaynaqlanır”.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR