Elşad Miri Azərbaycana təhqir yağdıranlar barədə: "Söyüş acizlikdir"
Kateqoriya məlum deyil
Seçki öncəsi Azərbaycana qarşı hesablanmış addımlardan biri də müəyyən şəxslərin əli ilə burada xaos yaratmaqdır. Onlar da hökumət və onun rəsmilərini hədəf seçərək Azərbaycana söyüş və təhqirlər yağdırıb.
İlahiyyatçı Elşad Miri Sfera.az-a açıqlamasında söyüşün dini baxımdan da yolverilməz olduğunu deyib:
"Əxlaqsız adam söyüş söyür. İnsan özünün söyülməsini istəmirsə, başqasını necə söyə bilər? "Quran”da da deyilir ki, başqalarının tanrılarına lağ etməyin, onlar da sizə lağ edər, rişxənd edərlər. Söyüş acizlikdir. O adama əhəmiyyət verilmədiyi halda həmin şəxs başqa variantlara əl atır".
Nigar Məhərrəm
Sfera.az






