"İndi əsas məqsəd 200 il ərzində törədilən soyqrımı dünyaya tanıtmaq olmalıdır"
Sfera.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin bu gün keçirilən xüsusi iclasında çıxışı zamanı deputat Rəfail Cəbrayılov bildirib.
Deputat deyib ki, hər dəfə ermənilər daha qəddar adam öldürmə üsulundan istifadə edərək meyitlərin üzərində işgəncələr həyata keçirib:
"Bu tarixdə erməni soyqrımı əlamətləridir. İndi əsas məqsəd 200 il ərzində törədilən soyqrımı dünyaya tanıtmaq naminə daha çox işlər görmək olmalıdır:
"Bununla bağlı əsərlər yazılıb, tədqiqatlar aparılıb. Prezidentin elə bir çıxışı yoxdur ki, orada erməni soyqrımının ifşası haqqında danışılmasın.
Siz də mənimlə razılaşarsınız ki, fəaliyyət peşəkarcasına aparılanda daha böyük uğurlara nail olmaq mümkündür.
200 ilə yaxın bir müddətdə soyqırıma məruz qalsaq da, Qubada olan abidə istisna olmaqla nə abidə, nə də soyqırım muzeyimiz var.
Azərbaycana gələn rəsmilər ümummilli lider Heydər Əliyev və Şəhidlər Xiyabanını ziyarət edir. Bu çox gözəl haldır. Fikrimcə, Şəhidlər Xiyabanı bazasında soyqırım muzeyi və ya abidə yaradıla bilər. Buna Şəhidlər Xiyabanının daha çox haqqı var. Çünki 1918-ci ildə öldürülən soydaşlarımızın bəzisi orada dəfn edilib”.






