"Orta məktəblərdə sosial media dərsləri tədris olunsun!" - TƏKLİF
Bunu bu gün Mətbuat Şurasının təşkilatçılığı ilə "İnternet media və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: Media həmrəyliyi" mövzusunda dəyirmi Masada "Şərq” qəzetinin redaktoru Akif Aşırlı deyib.
O, bu gün cəmiyyətdə yaranan mənfi tendensiyanın, hökumət, onun rəsmiləri, dövlətçilik əleyhinə olan fəaliyyətlərin qarşısını almaq üçün 2 təklifi olduğunu deyib:
"Təklif edirəm ki, orta məktəblərdə soisal media dərsləri tədris olunsun. Sosial mediada etik normaların gözlənilməsi haqda yetişən nəsil maarifləndirilsin. Çünki bu gün Azərbaycana qarşı qara yaxmaq istəyən bu qüvvələrin əsas hədəfi məhz yetişən nəsildir. Digər təklifim isə budur ki, media, hakimiyyəti təmsil edən qüvvələr, QHT-lər birləşərək vətəndaş birliyi platforması yaxud da xartiyası yaratsınlar”.
Nigar Məhərrəm
Sfera.az






