Logo

Üç qurum “NAZ-Lifan”dan 5 ayda satılan qədər maşın aldı

Üç qurum “NAZ-Lifan”dan 5 ayda satılan qədər maşın aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Musa Abdullayev: "Sifarişlər çoxdur, biz də bu istiqamətdə işləri davam etdiririk"

Prezident İlham Əliyevin yerli istehsalın artırılması ilə bağlı dövlət məmurlarına Naxçıvan

Avtomobil Zavodunun (NAZ) istehsalı olan avtomobilləri almalarını tövsiyə etməsindən sonra

müraciətlərin sayında artım olduğunu deyən direktor Musa Abdullayev Modern.az saytına

konkret 3 şirkətə avtomobil satdıqlarını bildirib: “Təkliflər çoxdur, amma bunu reallaşdıranlar

da olub. Bunlar Gəncə Avtomobil Zavodu, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti və

“Azpetrol”dur. Bu 3 şirkətin əldə etdiyi avtomobillər bizim 5 aya satdığımız avtomobillərin

sayına bərabərdir. Sifarişlər çoxdur, biz də bu istiqamətdə işləri davam etdiririk”.

M.Abdullayev deyib ki, həmin şirkətlərə satılan avtomobillər hələlik iki markadır: “Bunlar

əlimizdə olan “Lifan Jeep” və “Lifan 720” avtomobilləridir. Bütün sifarişləri də qəbul edirik.

Hazırda Çində Yeni il bayramı qeyd olunur. Buna görə də durğunluq var. Biz planlaşdırırıq ki,

fevralın 14-15-də böyük nümayəndə heyətilə Çinə səfər edək. Görüş zamanı əsasən qiymətlərin

aşağı salınması nəzərdə tutulub. Biz istəyirik ki, ürəyindən keçən hər kəs bu avtomobili sürə bilsin”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR