Allahşükür Paşazadə sərvəti və nəzir qutuları BARƏDƏ

Allahşükür Paşazadə sərvəti və nəzir qutuları BARƏDƏ
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə prezidentliyə namizədlərdən birinin onun Siyəzən rayonu ərazisində 150 hektarlıq alma bağlarının olması barədə danışdıqlarına, habelə Çexiyada aşkarlanan mülkləri barədə xəbərlərə münasibət bidirib.

Yerli KİV-lərin məlumatlarına görə Allahşükür Paşazadə bu gün Bakıda  31 Mart – Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbirdə çıxış edərkən bu barədə danışıb. Onun sözlərinə görə, son zamanlar ölkə içərisindən, habelə xaricdən də ona qarşı kampaniya aparılır.

"Birincisi, mənim çoxlu mülküm olması ilə bağlı deyilənlər iftiradır. Mənim ölkə başçısı ilə də söhbətlərim olub. Bunu gizlətmirəm. Heyrətimi də gizlətmirəm ki, bu qədər iftiranın səbəbi nədir. Deyirlər, şeyxin xaricdə, ya da burda çoxlu mülkü var. Bunların hamısı təxribatdır. Əvvəla, sevinin ki, sizin şeyxiniz bu cür güclü olsun. İkincisi isə xaricdən onsuz da dini liderə qarşı iftira var, bunu daxildə də davam etdirməklə nə əldə edirsiniz?” - Allahşükür Paşazadə deyib.

Paşazadə nəzir qutularına nəzarət etməsi ilə bağlı deyilənlərə də reaksiya verib:
 
"Deyirlər, nəzir qutularına nəzarət edirəm və sair. Yalandır. O qutularla mənim nə işim var? Belə eşitdim ki, deyirlər 150 hektar ərazim var. Bu işdə mənəviyyat qarşısında borcumuz var. Söhbət tək məndən getmir. Əsas məsələ mənəviyyatı ləkələməkdən gedir. Bir daha qeyd edirəm ki, yazılanların hamısı yalan informasiyalardır. Həmin insan həm də prezident haqqında fikirlər səsləndirib. Onlar ancaq təxribat yaradırlar. Bu şeylərə uymamalı və Azərbaycanda möhkəm olmalıyıq", - A.Paşazadə əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Astara gömrüyündə əməliyyat: 103 kilo narkotik...

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat - axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda nark...

Boşanmaq istəyən arvadını güllələdi -FOTO

Trabzonda Ali Eren S. arvadının evinə eyvandan girərək onu güllələyərək öldürüb. O, çağırışa gələn mühafizəçini də yaralayıb və hadisə yerindən motosikletlə qaç...

49 yaşlı şəhid atası vəfat etdi - FOTO

  Vətən Müharibəsi şəhidi Ceyhun Gözəlzadənin atası Nazim Gözəlov vəfat edib.   Sfera.az xəbər verir ki, 1976-cı il təvəllüdlü Nazim Göz...

Emin Ağalarov “Qarabağ Azərbaycandır!” deyib Xocavəndə getdi - VİDEO

Məşhur iş adamı və sənətçi Emin Ağalarov Qarabağa səfər edib.   Sfera.az xəbər verir ki, iş adamı Xocavənd rayonunun Tuğ kəndində yerləşən qədim...

Bu gün imtahan var

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən 18, 20, 24, 27, 29, 30, 73 və 75-ci komissiyaya aid abituriyentlər üçün Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçi...

Qadın Avstriyanın ən gözəl göllərindən birinə sahib olduğunu öyrənib - FOTOLAR

Sahəsi 14 kvadrat kilometr olan Mondsee (Mondsi) gölü Avstriyada beşinci ən böyük göldür. O, mənzərəli Salzkammergut bölgəsində yerləşir. Hər il milyonlarla tur...