Logo

Bakı yollarında iranlı sürücüləri yayındıran səbəb nədir?

Bakı yollarında iranlı sürücüləri yayındıran səbəb nədir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hüquqşünas, nəqliyyat üzrə eskpert Ərşad Hüseynov Azərbaycanda iranlı sürücülər tərəfindən yol-nəqliyyat qaydalarının çox pozulmasının səbəblərindən danışıb.

Ekspertin sözlərinə görə, burada nişanların düzgün qoyulmamasının rolu var:

"Ölkəmizə öz avtomobili ilə gələn iranlıların bir neçə dəfə qayda pozduğunun şahidi oldum. Onların əsasən Bakı küçələrində hərəkət sxemləri ilə bağlı qaydaları pozduqları diqqətimi çəkdi. Onlar qadağan olunan istiqamətə dönür, əlavə yaşıl işıq sahəsinin icazə verdiyi istiqaməti bağlayırlar. Rəsmi statistikaya əsasən İranda yol hərəkəti təhlükəsizliyi səviyyəsi bizdəkindən xeyli geridədir. Amma şəxsi müşahidələrimə əsasən deyirəm ki, İran yollarında hərəkət bizdəkindən yaxşı təşkil olunub. Ona görə də iranlı sürücülərin Bakı küçələrində qayda pozmasının əsas səbəblərindən biri nişanlarımızın və xətlərimizin yerində olmamasıdır. Məsələn, qarşımdakı bir iranlı sürücünün qadağan olunan istiqamətə dönməsi dərhal diqqətimi çəkdi. O sadəcə getdiyi zolaqdan dönmənin qadağan edildiyini müəyyən edə bilmədi. Hərəkətin təşkilindəki səhvlər qonaqlara da problem yaradır. Bu həm də onu təsdiqləyir ki, bizim çoxumuz küçələri və yolları tanımağımız hesabına ciddi səhvlər etmirik, vərdişlə sürürük. Vərdişlə sürməyin özü isə ayrıca bir təhlükədir”.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR