Logo

Azərbaycanlı qız "Forbes"in siyahısına düşdü

Azərbaycanlı qız "Forbes"in siyahısına düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Reyhan Camalova​ öz layihəsi ilə Forbes​ jurnalın 2018 - ci il üçün ən gənc (Forbes Under 30) ixtiraçı və sahibkarlarından biri olub.

Sfera.az bildirir ki, bu barədə Modern.az-a Reyhan Camalovanın  elmi rəhbəri, layihənin mentoru Leyla Tağızadə  məlumat verib.

Onun sözlərinə görə, bu çox gözəl hadisədir.

"Bu Azərbaycan innovasiya tarixində baş verən birinci belə möhtəşəm hadisədir! Məzunumuzla və gördüyümüz işlə qürur duyuruq”.

Qeyd edək ki, 15 yaşlı Reyhan Camalova bir müddət əvvəl dostu ilə birgə hazırladığı yağışdan elektrik enerjisi ələ edən Rainergy layihəsi böyük maraq yaradıb və öz ixtirası ilə  ABŞ prezidenti Donald Trampın baş müşaviri və qızı İvanka Trampı heyran qoyub.

Azərbaycanlı qız "Forbes"in siyahısına düşdü

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR