Logo

İlham Əliyev Xarici Kəşfiyyat İdarəsinin rəhbərliyinə orden verdi

İlham Əliyev Xarici Kəşfiyyat İdarəsinin rəhbərliyinə orden verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanovun 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

Orxan Sultanov milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə təltif olunub.

Sfera.az-ın əldə etdiyi məlumata əsasən, prezident İlham Əliyev həmçinin Xarici Kəşfiyyat Xidməti rəisinin müavini general-mayor Ceyhun Şadlinskinin 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bundan əlavə, dövlət başçısının digər sərəncamı ilə, Xarici Kəşfiyyat Xidmətinin bir sıra əməkdaşları müxtəlif orden və medallarla təltif olunublar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR