Qaynar.info-nun məlumatına görə, saytın “MTN haqqında” bölümündə dünən axşam saatlarında görəvindən kənarlaşdırılan sabiq milli təhlükəsizlik naziri barədə məlumat yenilənməyib. Mahmudovun vəzifəsindən uzaqlaşdırılmasının üstündən 24 saat keçməsinə baxmayaraq, MTN-in rəsmi saytına görə, o, hələ də nazirdir.
İstisna deyil ki, bu, məlum sərəncamın həftəsonu verilməsi ilə bağlıdır. Görünür, qeyri-iş günü olduğundan nazirliyin saytı da istirahətdədir.