İlham Əliyev Əlibəy Hüseynzadənin qızını “Dostluq” ordeni ilə təltif etdi
Kateqoriya məlum deyil
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mütəfəkkiri Əlibəy Hüseynzadənin qızı Feyzavər Turan Alpsarın "Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az-ın xəbərinə görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Feyzavər Turan Alpsar "Dostluq” ordeni ilə təltif edilsin.






