İsa Qəmbər Bakıya qayıtdı
Kateqoriya məlum deyil
Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər bu gün Ankaradan Bakıya qayıdır.
Sfera.az bildirir ki, İ. Qəmbər martın 14-də Ankaradakı xəstəxanaların birində müalicəsini başa çatdırıb. Onun səhhətinin yaxşı olduğu bildirilir.
Xatırladaq ki, eks Müsavat başqanı müayinə və müalicə olunmaq məqsədilə fevralın 28-də Mərkəzi Klinik Xəstəxanadan Ankaraya getmişdi.(qafqazinfo)






