Son 17 ildə nə qədər vətəndaşa şəxsiyyət vəsiqəsi verilib?

Son 17 ildə nə qədər vətəndaşa şəxsiyyət vəsiqəsi verilib?
2001-ci ilin sentyabrından bu ilin martınadək 8 milyon 614 min 710 vətəndaş,  o cümlədən 16 yaşdan yuxarı 6 milyon 748 min 524 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

Sfera.az APA-ya istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Nüsrət Şirinov bu gün keçirilən kollegiya iclasında bildirib.

Baş idarə rəisi bildirib ki, şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi sahəsində vətəndaşlara xidmətin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyalar tətbiq olunmaqla göstərilməsi ilə bağlı beynəlxalq təcrübə dərindən öyrənilib, dövlət başçısının fərman, sərəncam və tapşırıqlarından, ölkə qanunvericiliyindən, irəli gələn vəzifələrin icrası daim diqqət mərkəzində saxlanılıb, yeni nəsil sənədlərin tətbiqinə dair Dövlət Poqramından irəli gələn tələblər ardıcıllıqla yerinə yetirilib. Nəticə etibarı ilə qanunvericilik aktlarına elektron daşıyıcısı olan şəxsiyyət vəsiqələri ilə bağlı müddəalar əlavə edilib, həmin sənədin spesifikasiyası, təsviri və nümunəsi təsdiqlənib. Yeni vəsiqələrin çipində fərdi biometrik göstəricilər də daxil olmaqla 20-dən çox məlumatın yerləşdirilməsi nəzərdə tutulur. Bütövlükdə Prezident İlham Əliyevin 2017-ci il 8 dekabr tarixli fərmanına uyğun olaraq, biometrik şəxsiyyət vəsiqələrinin tətbiqinə dair DİN-in qarşısında qoyulmuş bütün vəzifələr yerinə yetirilib. 

Məruzəçi qeyd edib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin «ASAN xidmət» mərkəzlərində fəaliyyət göstərən qeydiyyat  və şəxsiyyət vəsiqəsi qruplarının işi də nəzarətdə saxlanılır. Təkcə ötən il müvafiq mərkəzlərdə ölkə vətəndaşlarına 646.242 şəxsiyyət vəsiqəsi verilib. 

Məlumat verilib ki, qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarının əməkdaşlarından ibarət səyyar qruplar cəbhəboyu bölgələrə ezam olunub, ötən il mayın 16-dan bu il martın 1-dək 14 min nəfərə şəxsiyyət vəsiqəsi verilib və ya etibarlılıq müddəti bitmiş müvafiq sənədlər dəyişdirilib.  

OXŞAR XƏBƏRLƏR

"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı"

"Övladım SAT imtahanlarından 1310 bal toplayıb. Amma ADA universitetinə qəbul ola bilmədi. Çünki suallar bəzi kurslar tərəfindən satıldı. Ballar bu il bird...

TikTok-a maraq niyə artır? - Hər yaşda insan bu platformadadır

Son illərdə sosial media platformaları arasında sürətlə yüksələn və xüsusilə gənclər arasında məşhurluq qazanan TikTok, artıq yaş məhdudiyyətini aşaraq geniş au...

Uşağı hava limanında qoyub, tətilə getdilər

İspaniyada tətilə gedən valideynlər 10 yaşlı övladlarını Barselona hava limanında tərk ediblər.   Sfera.az xəbər verir ki, uşağın sənədlərinin müddət...

Alparslan Bayraktardan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Yaxın zamanda Zəngəzur dəhlizi üzərindən bütün enerji qaynaqlarının və digər logistik həllərin Türkiyəyə çatdırılacağına ümid edirik.   Sfera.az ...

Manatının nominal və real effektiv məzənnələri azaldı

Bu ilin iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,6 bənd təşkil edib.   Bu barədə Sfera.az Azə...

Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ!

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlum...