Logo

Bir daha baxın - 20 min manata nömrə?

Bir daha baxın - 20 min manata nömrə?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bəli, səhv görmədiniz, 20 min manat. Mobil nömrə bu qiymətə təklif olunur. İlk baxışdan nömrədə 20 min dəyərində özəllik hiss etməsək də, vaxtaşırı müxtəlif elan saytlarında dəyəri yüksək olan nömrələri satışda görə bilirik. Bu nömrələrin əksəriyyətini isə 211-lə başlayan nömrələr təşkil edir. Hər kəsin almağa imkanı çatmadığı bu nömrələrin qiymətindən aslı olmayaraq alıcıları da tapılır. Bahalı nömrələrin sahiblərindən və onların alıcılarından fərqli olaraq, bəzi şəhər sakinləri deyir ki, imkanlarından aslı olmayaraq heç vaxt bir mobil nömrəyə 20 min manat ödəməzlər.

Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar nazirliyindən isə bildirildi ki, istənilən nömrə mobil operatordan alınırsa, alıcının şəxsi mülkiyyətinə keçir. Bu zaman həmin şəxs nömrəni istədiyi qiymətə sata bilər. Bununla bağlı heç bir qadağa yoxdur.(atv.az)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR