Logo

Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul etdi

Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Salyan şəhərində vətəndaşları qəbul edib.

Sfera.az bildirir ki, Muğan Regional Mərkəzinin binasında keçirilən qəbulda Salyan, Neftçala, Biləsuvar rayonlarının və Şirvan şəhərinin sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edib.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerində həllini tapıb.

Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Qəbulda FHN-in səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb, bununla əlaqədar vətəndaşlar arasında ətraflı izahat aparılıb.

Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul etdi
Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul etdi
Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul etdi

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR