"Meydan TV" satıldı
Bu barədə Sfera.az-a Almaniyada fəaliyyət göstərən diaspora təşkilatı üzvlərindən məlumat daxil olub.
Məlumatda deyilir ki, baş ofisi Almaniyanın Berlin şəhərində yerləşən "Meydan TV"-nin maliyyəsi bundan sonra sabiq deputat Hüseyn Abdullayev tərəfindən ödəniləcək.
"Hüseyn Abdullayev ilə "Meydan TV"-nin sahibi Emin Milli arasında keçirilən görüşdə bununla bağlı razılıq əldə olunub. Razılığa əsasən, "Meydan TV" siyasi kursunu Hüseyn Abdullayevin verdiyi tapşırıqlara uyğun həyata keçirəcək", - deyə məlumatda bildiririlir.
Hüseyn Abdullayevin "Meydan TV"-yə aylıq 50 min avro pul ödəyəcəyi bildirilir.
Xatırladaq ki, "Meydan TV" 10 mart 2013-cü ildə Emin Milli, Həbib Müntəzir və Camal Əli tərəfindən yaradılıb. Kanalın sahibi hazırda Almaniyada yaşayan Emin Millidir.
"Meydan TV" zaman-zaman Avropada fəaliyyət göstərən erməni lobbisinin maliyyə dəstəyi ilə bir sıra layihələr də həyata keçirib. Bunların arasında "Meydan TV"-nin Ermənistanın işğalçılıq siyasətinə don geyindirməyə hesablanan materialları göstərmək olar.
Orxan Bəşirov






