"Real TV" sabah tam yayıma başlayır - Nələr olacaq?
Kateqoriya məlum deyil
"Real TV" 15 mart tarixindən tam yayıma başlayacaq.
Sfera.az bildirir ki, Axar.az-ın əldə etdiyi məlumata görə, sınaq testləri uğurla həyata keçirilib və komanda işə tam hazırdır. Bu səbəbdən sabahdan etibarən kanal yayıma başlayır.
Məlumata görə, "Real TV" xəbər-informasiya kanalı olacaq və fəaliyyəti dayandırılmış ANS kanalının "İç xəbər” verilişi formatında çalışacaq.
Yeni kanalda iş rejimi də olduqca ağırdır. Kanal rəhbərliyinin efir məkanına sürətlə daxil olmaq üçün "gecə-gündüz işləmək” prinsipini əsas götürdüyü iddia edilir.
Qeyd edək ki, kanalın rəhbəri tanınmış telejurnalist Mirşahin Ağayevdir.






