Sürücü mübahisə etdiyi piyadanı kanala atdı - VİDEO
Kateqoriya məlum deyil
Rusiyanın Sankt-Peterburq şəhərində sürücü tıxac zamanı mübahisə etdiyi piyadanı kanala atıb.
Sfera.az bildirir ki, həvəskar kamera tərəfindən çəkilən görüntüdə yolu keçən piyada ilə sürücü arasında mübahisə yaranıb. Bu zaman avtomobildən düşən sürücü əvvəlcə piyadanı yumruqlayıb, daha sonra onu yaxınlıqdakı kanala atıb. Daha sonra heç nə olmamış kimi yoluna davam edib.
Hadisəyə şahidlik edən digər sürücülər isə məsələyə biganə yanaşıb.(atv.az)






