Baş Prokurorluq "MTN işi" ilə bağlı rəsmi xəbər hazırlayır
Kateqoriya məlum deyil
Yaxın saatlarda Baş Prokurorluq MTN-dəki proseslərlə bağlı rəsmi açıqlama yayacaq. Bu haqda musavat.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamaı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Bundan sonra MTN-nin 10 nəfər zabiti barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
"MTN işi"nin istintaqı Baş Prokurorluqda aparılır. İstintaqa rəhbərlik etmək baş prokurorun 1-ci müavini Rüstəm Usubova həvalə olunub. (müsavat.com )
Sfera.az






