Bakıya qar yağacaq? – RƏSMİ
Bu qış mövsümündə paytaxt Bakıya qar yağmayıb. Son günlər isə bölgələrlə yanaşı Bakıda da hava şəraitinin kəskin dəyişildiyi müşahidə olunur. Bu gün paytaxtın bəzi ərazilərində duman-çən, bəzi ərazilərində isə doludüşməsi müşahidə olunub. Görəsən, Yeni ili şaxta babasız qarşılayan paytaxt əhlini Novruzda qar sürprizi gözləyir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar Bürosunun drektor əvəzləyicisi Gülşad Məmmədova Sfera.az-a açıqlamasında Mart ayında qar yağmasının az da olsa, ehtimallar daxilində olduğunu bildirib:
"Öncəki illərdə mart ayında qar yağması müşahidə edilib. 2014-cü ilin mart ayında qar yağmışdı. Elə illər də olub ki, mart ayı çox mülayim keçib. Cari ildə hələlik ki, paytaxt Bakıda yalnız yağışlı hava şəraiti müşahidə edilib”.
Nigar Məhərrəm
Sfera.az






