Logo

Eynulla Milli Şuranın mitinqinə görə polisi tənqid etdi

Eynulla Milli Şuranın mitinqinə görə polisi tənqid etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

 
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, "NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min  beş yüz)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
 
 
Sfera.az xəbər verir ki, mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınması bəzi junalistlər narazı qalıb.

"Haqqın.az” Və "Virtualaz.org” saytlarının redaktoru Eynulla Fətullayev sosial şəbəkədə polisi tənqd edib:

Mitinqdə polis kənardan şəkil çəkməyə qadağan etdi.Nəhayət hasara qalxıb 3 şəkil çəkdim.Bir də gördüm polis məni mühasirəyə alıb.

Qaçdım, canımı qurtardım. 200 metr ardımca qaçdılar. Bax beləcə azad şəraitdə işləyirik.”

Eynulla Milli Şuranın mitinqinə görə polisi tənqid etdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR