Logo

"Bandotdel" əməliyyat keçirdi - VİDEO

"Bandotdel" əməliyyat keçirdi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

DİN tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxt sakini Namiq Babayevin Bakı şəhər Suraxanı rayonunda yaşadığı evində silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub.  Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində evə baxış zamanı oradan 1 ədəd avtomat, 240 ədəd patron və 20 ədəd patron darağı aşkar edilərək götürülüb.

İlkin dindirmə zamanı saxlanılan şəxs odlu silah-sursatı 2001-ci ildə tapdığını və bu müddət ərzində mənzilində gizlətdiyini bildirib: "Bir dənə avtomat idi, içində 20 daraq var idi, 240 dənə də güllə".

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. (Region TV)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR