10 mart tarixdə belə yadda qaldı: ilk telefon, 100 min insanın ölümü...
Kateqoriya məlum deyil
Bu gün tarixdə necə qalıb?
Sfera.az sizi tarixdə qısa bir səfərə çıxarır:
1735 — İran və Rusiya arasında imzalanan Gəncə müqaviləsinə görə rus qoşunları Bakı və Dərbəndi tərk etməli idilər.
1804 — Sent-Lüisdə təşkil olunan mərasimdə Luiziananın Fransadan ABŞ-a verilməsi təsdiqləndi.
1876 — Aleksandr Bell ilk telefon zəngini həyata keçirdi.
1910 — Hollivudda çəkilən ilk film – "In Old California" nümayiş olundu.
1945 — ABŞ hava qüvvələri tərəfindən Tokionun bombalanması 100 mindən artıq mülki şəxsin ölümünə səbəb oldu.
1977 — Astronomlar Uranın ətrafında halqaların olduğunu müəyyən etdilər.
2014 — Bakıda I Milli Vikipediya Forumu keçirildi.






