Jurnalistlərinin VII qurultayının proqramı açıqlandı
Kateqoriya məlum deyil
Azərbaycan jurnalistlərinin VII qurultayı martın 10-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək.
Sfera.az-in məlumatına görə, qurultay nümayəndələri həmin gün saat 09.00-dan başlayaraq qeydiyyatdan keçməlidir. Ali məclis 10.00-da öz işinə başlayacaq.Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.
Qurultayda, həmçinin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi müzakirə olunacaq. Təşkilat Komitəsinin qurultaya təklifində İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması yer alır. Məsələ ilə əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildirəcəklər.





