Logo

Avropa brendləri adı altında Çin “şubaları” – “Femina”nın malları haradan idxal edilir?

Avropa brendləri adı altında Çin “şubaları” – “Femina”nın malları haradan idxal edilir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün müştərilərə təqdim olunan geyimlərin böyük əksəriyyətinin keyfiyyəti, hazırlanma üsulu və şəraiti hər kəs üçün qaranlıq qalır. Xüsusilə, söhbət dəri və xəzdən gedirsə, vəziyyət daha kritikdir.

Orta statistik azərbaycanlının illik gəlirinə bərabər dəyər "biçilən” xəzlərin keyfiyyətinə, təbiiliyinə kimsə təminat vermir.

"Femina” mağazalar şəbəkəsində Avropada istehsal olunduğu iddia edilən tanınmış xəz-dəri brendlərinin məhsulları təklif edilir. Alıcı kimi maraqlandıqda məlum olur ki, xəz-dəri çeşidləri İtaliya, İspaniya, Almaniya, Yunanıstan, Amerika, Kanada, Rusiya, Finlandiyanın təbii xəz və dəri fabriklərində hazırlanıb. Bəzi eksklüziv modellər isə yerli iqlimə, xüsusiyyətlərə uyğunlaşdırılıb. Düzdür, bu uyğunlaşdırmanın nədən ibarət olduğu açıqlanmır. Amma deyilir ki, kolleksiyalar üzərində italyan, fransız stilistləri rus, türk modelyerləri ilə birgə çalışıblar. Göründüyü kimi, ilk baxışdan bir məhsulun satışı üçün əla təqdimatdır.

Təqdimat və reallıq

Bəs reallıqda da vəziyyət  belədirmi? Təbii ki, yox. İlk öncə bildirək ki, İtaliya və İspaniyanın özündə xəz-dəri fabrikləri xammalı başqa ölkələrdən idxal edirlər. Bu halda  "Femina"nın xammalı adıçəkilən ölkələrdən alması mümkünsüzdür. İkincisi də, tutaq ki xəz İtaliya və İspaniyadan gətirilib, bəs kürkün hazırlanmasında istifadə edilən digər komponent və aksessuarlar? Onların idxal edildiyi dövlətlərin adları niyə çəkilmir?!

Əslində bu bazarda o qədər hərcmərclik yaranıb ki, "Femina”,  "Simpatiya”, "Snejnaya Koroleva”, "Alessandro Bosso” və digər xəz-dəri satış mərkəzlərinin biznes strategiyaları bir-birindən fərqlənmir. El dilində desək, bir-iki təmiz malın arasına Çinin ucuz mallarını qatıb satırlar. "Femina” "Manzari”, "Braschi”, "Imperia”, "Dimitris Papanikolaou” kimi tanınmış brendlərlə əməkdaşlıq etdiyini iddia edir. Ancaq görünür bu yalandır. Konkret olaraq "Dimitris Papanikolaou”n  kürklərinin hazırlanmasında tülkü, samur, fin yenotunun dərisindən istifadə edilir. "Femina”da isə belə xəzlər yoxdur. Eyni zamanda, kolleksiyalar brendlərin veb səhifələrində yerləşdirilənlərə bənzəmir.

İtaliya və ya İspaniya yox, Çin

Sfera.az-ın əldə etdiyi məlumatlara görə, "Femina”nın əsas idxal bazarı Çindir. Sadəcə, qalereyanın sahibləri Çinin ucuz xəzini 50 min manata müştəriyə sırımaq üçün işlərini əvvəldən möhkəm tuturlar. Məhsullara çürümə əleyhinə xüsusi kimyəvi maddələr qatılır. Bu da xəzi, həmçinin dərini bir il müddətində ilk vəziyyətindəki kimi şux saxlayır.

Bir il tamam olandan sonra isə kürklərin tükü tökülməyə və məhsulun daxili hissəsində fəsadlar yaranmağa başlayır. Elə brend şirkətlər var ki, Çində onların saxta variantları məharətlə hazırlanaraq satışa çıxarılır. Bir mövsüm geyməmiş bu kürklərin rəngi solur, tükləri tökülür. Çin istehsalçıları yüksək keyfiyyətli Avropa mallarını imitasiya edə bilirlər. «Femina»da satılan məhsulların böyük əksəriyyətinin keyfiyyəti aşağıdır. Bu isə həmin malların Çində hazırlanmasına sübutdur. Alıcılar «Femina»da satılan malların görkəminə aldansalar da, qısa müddətdən sonra peşman olurlar.

Avropa brendləri adı altında Çin “şubaları” – “Femina”nın malları haradan idxal edilir?
Avropa brendləri adı altında Çin “şubaları” – “Femina”nın malları haradan idxal edilir?
Avropa brendləri adı altında Çin “şubaları” – “Femina”nın malları haradan idxal edilir?

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR