DYP-dən 8 mart təbriki: Azərbaycan qadınları alqışlara layiqdir
Kateqoriya məlum deyil
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Sfera.az vasitəsilə bütün Azərbaycan qadınlarını təbrik edib:
"DYP adından bütün Azərbaycan qadınlarını təbrik edirəm. Bizim qadınlar bütün işlərdə birincidir. Hətta dövlət işlərində də hər zaman ön sırada olublar. Azərbaycan qadınları alqışlara layiqdir. Arzu edirəm ki, bütün Azərbaycan qızları gəlin olsun, gəlinlərimiz ana, analarımız nənə olsun. Nənələrimiz isə uzunömürlü olsun. Sükan arxasındakı sürücü xanımlarımızın isə yolu uğurlu, nurlu olsun”.
Nigar Məhərrəm
Sfera.az






