"Azad iqtisadi zonada peşə təhsil kompleksi salına bilər" - Mirzəcan Xəlilov
"Azad İqtisadi zonalar ölkəmiz üçün çox vacib və əhəmiyyət kəsb edir".
Sfera.az bildirir ki, bunu "Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.
M.Xəlilov bildirib ki, bu zonanın Ələtdə planlaşdırılması olduqca vacibdir:
"Bu yer görüntü kimi elə də cəlbedicidi deyil. Lakin biz bu zonaya investorları cəlb etmək üçün çalışmalıyıq. Bunun üçün vasitə axtarmalıyıq. Bu zonada kifayət qədər işlər görülüb, yaşıllıqlar salınıb, ancaq bu qənaətbəxş deyil. Gələcəkdə şəhərsalma planı həyata keçirilməlidir. Böyük bir şəhərciyin burada salınması üçün imkanlar var. Hətta peşə təhsil kompleksi də burada salına bilər. Əsasən də peşə təhsili məktəblərinə üstünlük verilməlidir. Görülücək işlər ardıcıl həyata keçirilməlidir ki, investorlar üçün cəlbedici olsun".
Orxan Bəşirov






