Logo

"Dağlıq Qarabağ münaqişəsini beynəlxalq aləmə təqdim edirik" - Aydın Mirzəzadə

"Dağlıq Qarabağ münaqişəsini beynəlxalq aləmə təqdim edirik" - Aydın Mirzəzadə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb. 

Sfera.az bildirir ki, deputatlar Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında qanun layihəsini müzakirə edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, müzakirə edilən konvensiya 2005-ci ildə qəbul edilib. Onun sözlərinə görə, ölkəmiz bu konvensiyaya qoşulmaqla elektron ticarətin tənizimlənməsi ilə bağlı dünya standartları ilə ayaqlaşır:

"Bundan başqa, elektron imzanın tanınması üçün də bu konvensiya mühüm əhəmiyyətə malikdir və ölkəmiz bu konvensiyaya bəyanatla qoşulub".

Deputat Aydın Mirzazadə isə xatırladıb ki, Azərbaycan beynəlxalq konvensiyalara Dağlıq Qarabağla bağlı xüsusi qeydlə qoşulur və bu mühümdür:

"Biz bununla bir daha Dağlıq Qarabağ münaqişəsini beynəlxalq aləmə təqdim edirik, habelə konvensiyanın müddəaları işğal edilən ərazilərdə işləmir”.

Orxan Bəşirov

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR