Narkoloji Mərkəzdəki dəhşətli yanğında dünyasını dəyişənlərin - Fotoları
Faciəvi yanğında ölənlərdən birinin Elnur Süleymanov adlı vətəndaşın olduğu bildirilir. Sosial şəbəkədə yayılan məlumata görə, Elnur musiqiçi imiş.

Belə ki, baş verən dəhşətli yanğın zamanı dünyasını dəyişən 26 nəfərdən biri də vəkil Elxan Əsədov olub. E.Əsədov da mərkəzdə müalicə alırmış.

Həmin şəxslərdən biri dispanserdə müalicə alan və əvvəl stomatoloq işləmiş Azər Sadəddinovdur.
Bu haqda Teymur Səmədov adlı sosial şəbəkə istifadəçisi paylaşım edərək məlumat verib:
"Yanğında həlak olanlardan biri də Azər Sadəddinovdur. O, həmin dispanserdə diş həkimi işləyib. Yaxşı insan idi. Ölümünə inana bilmirəm”.
Qeyd edək ki, Azər Sadəddinov tanınmış hüquq müdafiəçisi Murad Sadəddinovun qardaşıdır.

Narkoloji Dispanserdə yanğın hadisəsində dünyasını dəyişən Suraxanı Qəsəbə sakini 26-yaşlı Fəraməz Nazim oğlu
Allah rəhmət eləsin.







