AZƏRTAC-ın idarə Heyətinin sədri və müavinlərinin maaşları müəyyənləşdi

AZƏRTAC-ın idarə Heyətinin sədri və müavinlərinin maaşları müəyyənləşdi
Agentliyin İdarə Heyətinin sədri və müavinlərinin maaşları müəyyənləşib.

"Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli fərmanına əsasən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) hüquqi şəxsə çevrilməsi ilə əlaqədar yaradılan İdarə Heyətinin sədri, müavini və üzvlərinin maaşı müəyyənləşib.

Sfera.az bildirir ki, "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli fərmanına əsasən AZƏRTAC-ın fəaliyyətinə rəhbərliyi həyata keçirən orqan 5 üzvdən ibarət İdarə Heyətidir.

İdarə Heyətinin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən, digər 2 üzvünün vəzifəyə təyin və vəzifədən azad edilməsi Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin və digər işçilərinin aylıq vəzifə maaşlarının sxemi”ni təsdiq edib. Qərara əsasən, AZƏRTAC İdarə Heyətinin sədrinin aylıq vəzifə maaşı 1665 manat, İdarə Heyəti sədrinin müavininin aylıq vəzifə maaşı 1065 manat, İdarə Heyətinin üzvlərinin aylıq vəzifə maaşı 900 manat olacaq. 

Qeyd edək ki, indiyə qədər AZƏRTAC-ın işçilərinin maaşı Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli qərarı ilə tənzimlənib. Bu qərar ləğv edilib. Nazirlər Kabinetinin təsdiqlədiyi yeni "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin və digər işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nə əsasən də AZƏRTAC-da digər vəzifələr və vəzifələrə uyğun işçilərin maaşlarında dəyişiklik olmayıb.

OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...