Logo

Şamaxıda traktor sürücüsü aqreqatın altına düşərək ölüb

Şamaxıda traktor sürücüsü aqreqatın altına düşərək ölüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şamaxı rayon sakini taxıl səpini apararkən bədbəxt hadisə nəticəsində ölüb.APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Məlhəm kəndində kənd sakini, 1955-ci il təvəllüdlü Abdullayev Niyaz Namaz oğlu taxıl səpini apararkən onun idarə etdiyi traktor şum çıxarılan sahədə batıb. O, traktoru torpaqdan çıxaran zaman arxa tərəfdəki taxıl səpən aqreqatın üstünə çıxıb, traktor qəflətən hərəkət edib və sürücü ehtiyatsızlıq səbəbindən aqreqatın altına düşüb. Ərazidə tək olan Niyaz Abdullayev köməksiz vəziyyətdə qalıb və aldığı ağır xəsarətlərdən ölüb.Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR