Logo

ASAN işlərini mobil tətbiqlə yerinə yetirmək mümkün olacaq? - ŞƏRH

ASAN işlərini mobil tətbiqlə yerinə yetirmək mümkün olacaq? - ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün ASAN Xidmətin mobil tətbiqi ilə bağlı məsələlər də gündəmdədir. ASAN mobil tətbiqi bizə nə verəcək?

İnformasiya və Kommunikasiya və Texnologiyaları Məsələləri üzrə ekspert Osman Gündüz bu haqda Sfera.az-a danışıb:

"Bu günədək biz klassik ASAN xidməti tanımışıq. Yəni, asan üsulla, oflayn qaydada dövlət xidmətləri daha rahat bir formada çatdırılırdı. Bu üsul indiyədək ASAN-ın fəlsəfəsinin əsasını təşkil edib. Lakin son dövrlər ASAN-ın elektronlaşdığını müşahidə edirik. Yəni, ASAN viza, ASAN ödənişin olması bizə bunu deməyə əsas verir. ASAN mobil tətbiqlə bağlı planların olması bizə onu deməyə əsas verir ki, ASAN sanki yeni bir müstəviyə çıxır. Burada xidmətlər oflayn qaydada deyil, elektron formada, internet üzərindən xidmətlər reallaşacaq. Burada da əsas xətt xidmətlərinin mobil xətt üzərindən seçilməsi hədəf götürülür. Bu ASAN-a tələbat, ehtiyac var. Yaxın zamanlarda yəqin ki, biz bunu daha geniş maştabda görə biləcəyik”.

Nigar Məhərrəm

Sfera.az

ASAN işlərini mobil tətbiqlə yerinə yetirmək mümkün olacaq? - ŞƏRH

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR