Gürcüstan XİN Azərbaycana başsağlığı verdi
Kateqoriya məlum deyil
Gürcüstan Xarici İşlər Nazirliyi Bakıda Narkoloji Dispanserdə baş vermiş yanğınla bağlı Azərbaycan tərəfinə başsağlığı verib.
Sfera.az bildirir ki, başsağlığında deyilir:
"Yanğın zamanı ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk, xəsarət alanlara isə tezliklə sağalmağı arzulayırıq. Gürcüstan Azərbaycanın bu çətin anlarında onun yanındadır”.






