Logo

Şahdağa 44 sm qar düşdü

Şahdağa 44 sm qar düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan ərazisində martın 1-i gündüzdən martın 2-si səhərədək müşahidə olunan faktiki hava ilə bağlı məlumat açıqlanıb.

Sfera.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində martın 1-i axşamdan martın 2-si səhərədək hava şəraiti-qeyri sabit keçib, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.

Şimal-qərb küləyi əsib, bəzi rayonlarda arabir güclənib.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 2-18, Kiçik Qafqazda 3-5, Naxçıvan Muxtar Respublikasında 0-2, Qazax-Gəncə zonasında 0-3, Bakıda və Abşeron yarımadasında, Mərkəzi-Aran rayonlarında və Lənkəran-Astara zonasında 0-1 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 44, Qırızda 21, Sarıbaşda 16, Kişçay, Xınalıqda 6, Daşkəsən, Göygöldə 5, Gədəbəydə 3, Quba, Qubanın dağlıq ərazilərində 3-21, Xaltanda 1 sm olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR