Logo

Metroda hadisə - Sərxoş şəxs yıxılaraq xəsarət aldı

Metroda hadisə - Sərxoş şəxs yıxılaraq xəsarət aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bir qədər əvvəl metronun bənövşəyi xəttinin ("Avtrovağzal" stansiyasına gedən) "Memar Əcəmi" stansiyasında bir nəfər yıxılaraq xəsarət alıb.

Sfera.az bildirir ki, bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, Sumqayıt şəhərinin sakini olan 27 yaşlı Anar Məmmədov sərxoş vəziyyətdə qatara çatmaq üçün pilləkənlərdən qaça-qaça düşüb. Bu zaman onun ayağı sürüşərək yıxılıb və başından xəsarət alıb. Vətəndaş polis əməkdaşlarının və sərnişinlərin köməyi ilə təcili tibbi yardım xidmətinə təhvil verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR