Həsən Həsənovun oğluna vəzifə verildi
Kateqoriya məlum deyil
Azərbaycanın Polşadakı səfiri, keçmiş Xarici İşlər Naziri (1993-1998) Həsən Həsənovun oğlu, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun "Azərbaycanın antik dövr arxeologiyası" şöbəsinə müdir təyin edilib.
Bu barədə Sfera.az-a Zaur Həsənov özü məlumat verib.
Z.Həsənov yeni təyinatı ilə bağlı hələlik danışmaq istəmədiyini bildirib:
"Hələ ki, yeni işimlə bağlı danışmaq istəmirəm. Bu barədə sonra söhbət apararıq".
Xatırladaq ki, Zaur Həsənovdan öncə "Azərbaycanın antik dövr arxeologiyası" şöbəsinin müdiri AMEA-nın müxbir üzvü İlyas Babayev olub.
Orxan Bəşirov







