Azərbaycanda qarın yağmamasında ABŞ-ın barmağı var?
Ötən illə müqayisədə bu il Bakıda qar yağmadı. Ekspertlərin sözlərinə görə, 2017-ci illə müqayisədə bölgələrə də daha az qar yağıb.
Maraqlıdır, ötən ilin cari dövrü ilə müqayisədə bu ilin cari dövründə nə qədər qar yağıb?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar bürosunun direktor əvəzləyicisi Gülşad Məmmədova isə Sfera.az-a açıqlamasında hələlik bununla bağlı hesabatların yekunlaşmadığını bildirib:
"Bu ayın sonlarında qar ölçmə ilə bağlı statistik məlumatlar açıqlanacaq. Yalnız bu zaman 2017-2018-ci ilin qış fəslində nə qədər qar yağıdığını deyə biləcəyik. Bu hesabatı əldə etdikdən sonra həmçinin ötən ilin cari dövrünə aid hesabatla müqayisəli təhlillər apararaq fikir yürütmək mümkün olacaq”.
Ekspertlər isə ötən illə müqayisədə cari ildə qarın az yağmasının səbəbini bir sıra siyasi amillərlə əlaqələndirirlər.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Sfera.az-a açıqlamasında bildirib ki, lider ölkələr müəyyən məqsədlərlə bu cür müxtəlif silahlardan yararlanırlar:
"ABŞ Rusiya və qərbi Avropanı darda saxlamaq üçün metreoloji silahlardan istifadə edir. Bu hadisələrdə Rusiyanın əlinin olduğunu düşünmək mümkünsüzdür. Çünki qarın yağmaması torpağın bərəkət verməsinə mane olur. Bu isə ilk növbədə Rusiya bazarlarına ziyan vurur. Rusiya özü üçün belə bir tələ qazmaz. Çünki bu gün Azərbaycan məhsullarının böyük hissəsi Rusiya bazarına çıxarılır. Bu işdə ABŞ-ın birbaşa əli var. Alyaskada metreoloji-geofiziki Xaarp qurğusu var. Bu qurğu iqlimə təsir edərək onu süni yolla dəyişdirir”.
Ekoloqun sözlərinə görə, qarın yağmaması torpağı ziyan vurmaqla ynaşı qiymətlərə də təsirini göstərəcək:
"İqtisadi cəhətdən də kənd təsərrüfatına ziyan dəyəcək. Nəticədə isə kənd təsərrüfatı məhsullarının qiyməti qalxacaq. Torpağın yağış sularından daha çox qara ehtiyacı var. Qar yağdıqda torpaqda mikroorqanizmlər də inkişaf edir. Qar yağmadıqda isə bu mikroorqanizmlər məhv olurlar”.
Nigar Məhərrəm






