Logo

Viza almaq istəyənlərə ŞAD XƏBƏR

Viza almaq istəyənlərə ŞAD XƏBƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Azərbaycan vətəndaşlarına "ASAN xidmət" mərkəzləri tərəfindən viza verilməsi üçün "ASAN Viza" - 2 konsepsiyası hazırlanıb".

Sfera.az bildirir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

"Məqsəd odur ki, vahid platformada Azərbaycan vətəndaşları müraciət edərək vizaların alınması üçün xarici ölkələrin Azərbaycandakı konsulluqlarından viza əldə edə bilsinlər. Bu bizim həmin ölkələrin konsulluq xidmətləri ilə əməkdaşlığımızdan asılıdır. Hazırda biz müvafiq qurumlarla danışıqlar aparırıq. Ümid edirik ki, pilot layihə çərçivəsində bir neçə səfirliklə artıq əməkdaşlıq əlaqəsi qurulacaq. Əməkdaşlıq qurulduqdan sonra Azərbaycan vətəndaşları daha rahat formada istədikləri ölkəyə viza əldə edə biləcəklər. Hələ ilkin danışıqlar gedir. Yekun danışıqlardan sonra vaxt müəyyən olunacaq", - deyə Dövlət Agentliyinin sədri bildirib.

Qeyd edək ki, hazırda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər "ASAN Viza” sistemi vasitəsilə qeyri-iş və bayram günlərindən asılı olmayaraq, elektron vizaların 3 saat ərzində alınması üçün müraciət edə bilərlər.(Virtualaz.org)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR