“Heç bir xəstəlik insanı qorxuda bilmir…” - Hacı Nuran
“Hər bir insan bu həyatda müvəqqətidir. Amma mənə təsəlli verən təkcə bu deyil. Həmişə inanmışam ki, insan əməlləri və xatirələri ilə əbədidir”.
Sfera.az xəbər verir ki, bu sözləri aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə yazıb.
Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı sabah əməliyyat olunacağını bildirib:
“Xəstə olmağımla nə zəif, nə əzgin, nə yazıq, nə də inamsız görsənmək fikrində deyiləm. Sadəcə, deyəcəyim xəbər odur ki, sağlam həyatın qədrini bilin və ətrafınızdakılarla mehriban olun. Gərəkli olun... Onda heç bir xəstəlik insanı qorxuda bilmir. İslama görə xəstəlik də imtahandır. İnşallah sabah mən yenə bir imtahana gedəcəm - əməliyyat olunacam. Lakin burada qəribəsi odur ki, qiymət yazan məndən heç nə soruşmayacaq. Ölkəmlə fəxr edərək bu imtahana qürurla gedirəm. Təki vətən sağ olsun. Dualarınızı əsirgəməyin.