Logo

Nəsimi rayonunda Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlər davam edir

Nəsimi rayonunda Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlər davam edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xocalı faciəsinin ildönümü ilə əlaqədar  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət, orta və ali təhsil müəssisələrində faciə ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər  davam edir.   Növbəti tədbir fevral ayının 25-də Gənc Tamaşaçılar  Teatrında təşkil edilmişdir.  Tamaşadan öncə  çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının müavini Qurban İsmayılov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər barədə ətraflı məlumat vermişdir.

Daha sonra  Sevinc Elsevərin  Xocalı faciəsindən bəhs edən  "Arzu və Murad”adlı  tamaşasına  Nəsimi rayon ictimaiyyətinin  baxışı keçirilmişdir. Tamaşa "Anamın kitabı” adlı gənc yazarların pyes müsabiqəsinin qalibi olmuş "Ürəyində arzu tut” pyesi əsasında səhnəyə qoyulmuşdur.

Gənc Tamaşaçılar Teatrının "Arzu və Murad”  tamaşası Nəsimi rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.

Həmçinin Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində məskunlaşmış Xocalı sakinlərinin Bioloji Təbabət Klinikasında  pulsuz  tibbi müayinələri təşkil olunmuşdur. Tibb müəssisəsində Xocalılar əvvəlcə terapevtlər tərəfindən, sonra isə ehtiyaca uyğun olaraq ixisaslı həkimlərin iştirakı ilə  rentgen, kardioqram, ultrasəs və diğər müayinələrdən keçirilmişlər.

Fevral ayının 26-da Nəsimi rayon ictimaiyyətinin nümayəndələri  Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı” abidəsini ziyarət etmişlər.

Sfera.az

Nəsimi rayonunda Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlər davam edir
Nəsimi rayonunda Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlər davam edir
Nəsimi rayonunda Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlər davam edir
Nəsimi rayonunda Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlər davam edir

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR