Nümayəndə heyətimiz Xocalıya həsr olunmuş tədbirlərdə - FOTOLAR
Xocalı faciəsinin 26-cı ildönümü münasibəti ilə Türkiyənin Kocaeli vilayətinin ayrı-ayrı şəhərlərində silsilə tədbirlər keçirilib, Nəsimi rayon İH-nin nümayəndə heyəti həmin tədbirlərdə iştirak edərək tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumatlar verib, özləri ilə apardıqları Xocalı faciəsindən bəhs edən, kitabları, bukletləri, foto və video materialları tədbir iştirakçılarına paylayıblar.
Sfera.az bildirir ki, Xocalı faciəsinə həsr edilmiş tədbirlər çərçivəsində Türkiyənin ən böyük vilayətlərindən biri olan Kocaelinin Körfez bələdiyyəsi ərazisində Xocalı parkının və Xocalı soyqırımı abidəsinin açılış mərasimi keçirilib.
Yüzlərlə insanın, millət vəkilləri, rəsmi şəxslər, QHT və KİV rəhbərlərinin iştirak etdiyi tədbirdə çıxış edənlər Dağlıq Qarabağ münaqişəsi, ermənilərin törətdikləri Xocalı soyqırımı barədə məlumatlar verdikdən sonra etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyən ermənilərin ədalət qarşısında cavab verməsini istəyənlər "Xocalıya ədalət” deyənlərin yanında olduqlarını bildiriblər.
Görüşdə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva Kocaeli vilayətinin Körfəz bələdiyyəsi ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə ilə bağlı bələdiyyə sədri İbrahim Karaosmanoğluna minnətdarlığını bildirib. Gülarə Verdiyeva həmçinin erməni terrorçularının törətdiyi qanlı hadisə ilə bağlı türkiyəli rəsmilərə geniş məlumat verib. Sonra Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev çıxış edərək bildirib ki, 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ münaqişəsi yeni başladığı dövrlərdə ilk dəstək qardaş Türkiyədən gəlib. Qardaş ölkənin dəstəyini bu gün də bizdən əsirgəmədiyini deyən Qarabağ əlili Azərbaycanın da hər zaman Türkiyənin yayında olduğunu söyləyib.
Sonda Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədrinə xatirə hədiyyələri təqdim olunub
Nüməyəndə heyəti Xocalı faciəsinə həsr edilmiş tədbirlər çərçivəsində fevral ayının 27-də Sakarya Karasubölgəsində " Qarabağ” küçəsinin, Xocalı parkıvə abidəsinin açılışmərasimində iştirak edib.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş keçmiş SSR-nin 366-cı moto-atıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum edib. Bir gecə içərisində qədim Xocalı yerlə yeksan edilmişdir,cinəyatkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin əsir götürülərək ağlasığmaz təhqirlərə məruz qalıb, 150 nəfərin taleyi hələ də məlum deyildir. Gülarə Verdiyeva çıxışına davam edərək bildirdi ki, 8 ailə bütünlükdə məhv edilib, 24 uşaq hər iki valideynlərini, 130 uşaq isə valideynlərindən birini itirib. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Təəssüf ki, dünya birliyi hələ də susur. 2008-ci ildən Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət” Beynəlxalq Kompaniyasına başlanıldı. "Xocalıya ədalət” Bynəlxalq kompaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı Soyqırım akti kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir.
Tədbirdə iştirak edən digər rəsmilər də çıxış edərək dünya ictimaiyyəti tərəfindən Xocalı soyqırımının tanınması istiqamətində müvafiq tədbirlərin davam etdirilməsini vacibliyini qeyd ediblər.
Daha sonra nümayəndə heyətinin üzvləri Sakarya Böyükşəhər Bələdiyyəsində olub, keçirilən tədbirlərlə bağlı ətraflı müzakirələr aparıblar.






Sfera.az






