"Lider TV" ilə bağlı xəbər yalan çıxdı
Dünən saytımızda "Lider TV"-də növbəti kütləvi istefaların olacağı ilə bağlı xəbər gedib.
Sfera.az-a daxil olan məlumatda buna səbəb kimi telekanal işçilərinin bir neçə aydır maaşlarını ala bilməməsi göstərilib.
Xəbərə görə, "Lider TV"-nin bir qrup işçisi maaşlarının verilməməsinə etiraz olaraq, "Lider" Teleradio Şirkətinin prezidenti Ədalət Əliyevə açıq müraciət göndərilib.
Həmin müraciətdə Ədalət Əliyevin şirkətə ayrılan 600 min manat vəsaitlə işçilərin yaranan maaş borclarını ödəmək əvəzinə öz həyat yoldaşı Nailə Əliyevaya bazar dəyəri 145 min dollar olan avtomobil aldığı qeyd edilib.
Lakin "Lider Tv"-dən saytımıza bildirildi ki, bu məlumatlar əsassızdır. Belə ki, işçilər ümumiyyətlə belə bir müraciət etməyiblər və şirkətə ayrılan büdcə isə yalnız telekanal üçün xərclənib.






