Logo

Bakıya 300-dən çox yeni avtobus gətiriləcək

Bakıya 300-dən çox yeni avtobus gətiriləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu il ərzində Bakı şəhərində 700-ə yaxın marşrut avtobusu vahid kart sisteminə keçəcək. Bunu jurnalistlərə Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov deyib.

M.Abbasovun sözlərinə görə, hazırda bu sistemə 500-ə yaxın marşrut avtobusu qoşulub:

"İlin sonuna kimi şəhərə 300-dən çox yeni avtobus gətiriləcək. Onlar 21 daşıyıcıya paylanacaq. Bu günə qədər BNA-nın tələbi ilə daşıyıcılar 1000-ə yaxın avtobusu təmir edib tələblərə uyğunlaşdırıblar".

BNA rəsmisi marşrut xətlərinin sayına da aydınlıq gətirib. Onun sözlərinə görə, Agentlik yaranana qədər Bakıda 157 marşrut xətti olub ki, optimallaşma nəticəsində bunların sayı 146-ya enib.(Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR