Logo

Bakıda nəhəng park-körpü inşa edilir – FOTO

Bakıda nəhəng park-körpü inşa edilir – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakıda nəhəng piyada körpüsü inşa edilir.

Sfera.az bildirir ki, bu barədə "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

A.Nəcəfli deyib ki, yerüstü park-körpü "Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində və "Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması, ərazisinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri” layihəsinin II mərhələsi çərçivəsində inşa edilir.

"Bu mərhələdə Təzəpir məscidi qarşısında sahəsi 11.631 kv. metr olan, 338 avtomobil üçün yeraltı dayanacaq, Füzuli və Mirzəağa Əliyev küçələrinin üzərindən keçən, uzunluğu 112 və eni 52 metr olan piyada körpüsü, 11.650 kv. metr – Park, 8 hektar ərazidə yaşıllığın salınması nəzərdə tutulub.

Hal-hazırda avtomobil dayanacağının tikintisi üzrə işlərin 50 faizi yerinə yetirilib, Füzuli və Mirzəağa Əliyev küçələrinin üzərindən keçən piyada körpüsünün dayaqlarının tikintisi başa çatıb, yaşıllıq salınacaq ərazidə relyefin layihəyə uyğun şəkildə düzəldilməsi işləri aparılır”.

Bakıda nəhəng park-körpü inşa edilir – FOTO
Bakıda nəhəng park-körpü inşa edilir – FOTO
Bakıda nəhəng park-körpü inşa edilir – FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR