Logo

Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlandı

Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 25-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.

Mərkəzdən  verilən məlumata görə, imtahan nəticələri saat 18:25-dən etibarən DİM-in saytında yerləşdirilib. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 12387 bakalavrdan 146 nəfəri imtahana gəlməyib. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 95 bal olub.

Magistraturaya qəbul imtahanının II mərhələsi iyunun 3-də keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR