Logo

Rusiya pullarının Ermənistana "axını" azaldı

Rusiya pullarının Ermənistana "axını" azaldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən il Rusiyadan Ermənistana bank vasitəsilə qeyri-ticari məqsəd üçün

göndərilən pulun (transfert) həcmi 2014-cü illə müqayisədə 36 faiz və ya 518

milyon dollar azalaraq, 915 milyon dollar təşkil edib.

Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Mərkəzi

Bankı məlumat yayıb.

İnformasiyada bildirilib ki, Ermənistandan Rusiyaya bu məqsədlə göndərilən

maliyyə vəsaiti isə 0,6 faiz artaraq, 204,57 milyon dollar təşkil edib.

Mərkəzi Bankın məlumatına əsasən, Rusiyadan Ermənistana qeyri-ticari 

məqsədlər üçün pul köçürülməsi iki ildir azalır.

Xəbərdə bildirilib ki, 2015-ci ildə ölkəyə daxil olan ümumi pul köçürmələri

30 faiz və ya 520 milyon dollar azalaraq, bir milyard 728 milyon dollar təşkil edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR