Beşdən çox uşağı olan qadınlara şad xəbər - müavinətlər artırıldı
Kateqoriya məlum deyil
Azərbaycan prezidenti İlham Əliyev beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında sərəncam imzalayıb.
Prezidentin "Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli fərmanı ilə müəyyən edilmiş müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.






