Logo

Əhmədlidə avtobusların hərəkət istiqaməti dəyişdirildi

Əhmədlidə avtobusların hərəkət istiqaməti dəyişdirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xətai rayonu Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

"Fevralın 24-dən qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək. Dəyişiklik edilməsinə səbəb ərazidə təmir işlərinin aparılmasıdır”, - deyə məlumatda qeyd olunub.

Əhmədlidə avtobusların hərəkət istiqaməti dəyişdirildi

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR