Logo

Həcc ziyarətində olmuş azərbaycanlı hacıların bir çoxunda kəskin virus aşkarlanıb

Həcc ziyarətində olmuş azərbaycanlı hacıların bir çoxunda kəskin virus aşkarlanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu il Azərbaycandan Həcc ziyarətinə getmiş zəvvarlardan bir çoxunda virus aşkarlanıb.

Sfera.az-ın məlumatına görə, Azərbaycandan olan Həcc missiyasının həkim briqadasının rəhbəri Həci Kitabullah Əkbərov APA-ya bildirib ki, zəvvarlar bu virusa Səudiyyə Ərəbistanında yoluxublar.Bunun kəskin respiratorlu virus infeksiyası olduğunu deyən K. Əkbərov bildirib ki, xəstəliyin əlamətləri ağır öskürək, asqırma, iştahasızlıq, oynaq-əzələ ağrıları və sairdir: “Həccdən qayıdan 500-dən çox hacı bu virusun daşıyıcısıdır. Buna da səbəb onların orada düzgün pəhriz saxlamamaları, soyuq su içmələri və digər məsələlərdir”.Qeyd edək ki, bu il Azərbaycanda Həccə 2400 zəvvar gedib, onlardan 3-ü orada dünyasını dəyişib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR